Yaşıl artım və sağlam gələcək naminə qlobal təşəbbüslər
İqtisadiyyat

Yaşıl artım və sağlam gələcək naminə qlobal təşəbbüslər

İki əsr bundan əvvəl torpaqlarımıza köçürülən haylar həmişə həqiqətdən, tarixi faktlardan, gerçəklikdən, reallıqdan qorxublar, "miatsum" xəstəliyinə tutulan, kökü və mənşəyi bilinməyən, xülyalar və miflər bataqlığında çabalayan ermənilər məskunlaşdıqları torpaqlara nifrət, qan, münaqişə, deportasiya və soyqırımı əkib, yerli azərbaycanlılara qarşı həmişə düşmənçilik ediblər. Torpağına sığındığı, çörəyini yediyi, havasını udduğu, suyunu içdiyi qədim yurd yerlərimizə xəyanət edərək etnik nifrət zəminində qəsbkarlıqla ağır cinayətlər törədiblər. Son illərin hadisələri bir daha göstərir ki, ermənilər yaşadıqları yerlərdə ətrafa zəhər çiləyir, birgəyaşayışa, sülhə, qonşuluğa yaramırlar.

Otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, meşələr doğranıb Ermənistana daşınıb. Çox təəssüf ki, uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına vasitəçilik edən ATƏT-in keçmiş Minsk qrupuna həmsədr dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatlar erməni vəhşiliyinə göz yumublar. Təbiətin, həm də insanlığın düşməni olan ermənilər 30 ilə yaxın bir müddətdə Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük hissəsini əhatə edən məhsuldar fısdıq, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı palıd meşələrini məhv ediblər. Qeyd edək ki, qırmızı palıd mebel və parket üçün əvəzedilməz materialdır. Bundan başqa, Bəsitçay qoruğundakı çinar və qoz ağacları, Kəlbəcər meşələrindəki mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındığı ağacları isə kütləvi şəkildə  doğranaraq xarici ölkələrə satılıb. Ərazilərin yandırılması, su mənbələrinin çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində hər iki bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Prezident, qalib Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, ermənilər vəhşi kimi gəlib başqasının torpağında onu istismar edib, onun mənşəyini, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb.

Son 200 ildə dünya üzrə meşə əraziləri sahəsi 2 dəfədən çox azaldığını nəzərə alsaq onda ermənilər təbiətin də qatı düşməni hesab olunurlar. Qeyd edək ki, respublikamızın meşə fondu 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Eyni zamanda Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Çox təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub. Laçın rayonunda 22 min, Kəlbəcər rayonunda 24 min, Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda işğaldan azad edilmiş Hadrut və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri talana məruz qalıb. Meşələr isə planetimizin ağciyəridir. Mənfur, vəhşi düşmən meşələrimizi 30 il ərzində qırıb, talayıb və apara bilmədiklərini isə yandırıb. Üç ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzurda ekovəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atılır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla, yüz minlərlə müxtəlif növ ağac əkilir, meşə zolaqlarına palıd və digər ağacların toxumları səpilir. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilir. Çaylara balıq körpələri buraxılır. Cəbrayılda təbiətin yaraşığı olan ceyran sürüləri bu yerlərə başqa bir gözəllik gətirir. Laçın dağları dağ kəllərini öz qoynuna alıb. Təsadüfi deyil ki, qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə səfəri zamanı məhz, ilk növbədə, ağac əkir, azad nəfəs alan torpağımıza tinglər basdırır.

Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Respublikamızda ətraf mühitin mühafizəsi naminə həyata keçirilən tədbirlərin ən fəal iştirakçısı olan IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti xüsusi qeyd edilməlidir. IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi "Yaşıl marafon" kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində təşkil olunan kütləvi ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə böyük töhfə verir. Məlum olduğu kimi, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu məqsədlə respublikamızda 5 milyon ağacın əkilməsi nəzərdə tutulur. Ötən il 2500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib. Bundan əlavə, meşə fondu torpaqlarında bərpa məqsədilə 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları səpilib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Global Television Network"a (CGTN) müsahibəsində bildirib ki, ölkəmiz Qlobal Şimal və Qlobal Cənub arasında konsensus əldə etmək üçün COP29-da mümkün olan hər şeyi edəcək: "Fürsətdən istifadə edərək Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) COP28-də əldə olunan nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Biz çox sıx əməkdaşlıq edirik və onların təcrübəsi də bizim üçün vacibdir. Azərbaycan fəaliyyətimizin ardıcıllığını və sinxronlaşdırılmasını təmin etmək üçün "COP Troykası" konsepsiyasına təşəbbüs göstərib. Bilirik ki, bu, çox mürəkkəb mövzulardan biridir. Lakin bizə bütün tərəflərin konsensusu lazımdır. Vurğulamaq istəyirəm ki, Qlobal Cənub ölkələrinin fikirləri də dinlənməlidir. Xüsusilə Qlobal Cənub, inkişaf etməkdə olan və ya nisbətən az inkişaf etmiş ölkələr problem və çətinliklərlə üzləşir. Maliyyələşdirmə, maliyyə resursları əsas faktorlardır. Hesab edirik ki, biz bu istiqamətdə strateji üstünlüyə malikik. Çünki Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib və G77+Çin qrupunun, həmçinin bir sıra Avropa institutlarının üzvüdür. Düşünürəm ki, bu müxtəlif platformalar bizi Qlobal Şimal və Qlobal Cənub arasında konsensus və anlaşma, eləcə də böyük həmrəylik əldə etmək üçün vasitələrlə təmin edəcək. Burada biz inklüziv yanaşmanı rəhbər tutmalıyıq".

COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək. Məhz buna görə də ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. 2022-ci il mayın 3-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı uğurla icra olunur. Belə ki, işğaldan azad edilən ərazilərdə hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə regionda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Cəbrayılda isə günəş elektrik stansiyasının tikintisinə başlanılıb. Qeyd edək ki, 2022-ci ilin 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq Cəbrayıl Enerji Qovşağının da təməli qoyulub və istifadəyə verilib. Yaxın zamanlarda Azərbaycanın "yaşıl enerji"də də əsas ixracatçı ölkə olması istiqamətində ciddi addımlar atılır. Mütəxəssislər Qarabağ və Şərqi Zəngəzurda çox yüksək səviyyədə "yaşıl enerji" potensialının olduğunu təsdiqləyiblər.

Salman ALIOĞLU,

"Respublika".