Mərkəzi Bankda daxili investisiya mühitinin sağlamlaşdırılması müzakirə edilib
İqtisadiyyat

Mərkəzi Bankda daxili investisiya mühitinin sağlamlaşdırılması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) daxili investisiya mühitinin daha da sağlamlaşdırılması müzakirə edilib.

"Respublika" xəbər verir ki, bu barədə AMB-nin "X" sosial şəbəkəsində yazılıb.

"Mərkəzi Bankın sədri Taleh Kazımov audit şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə ölkədə maliyyə bazarlarının inkişafı, daxili investisiya mühitinin daha da sağlamlaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən görülən tədbirlər müzakirə edilib"- AMB qeyd edib.