MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Niyə keçmişimizi unuda bilmirik?

İnsan yaddaşı əzəldən elə qurulub ki, keçmişi unuda bilmir. Bu vəziyyət yəqin ki, hamıya tanışdır: heç olmamış kimi öz işinizlə məşğul olursunuz birdən-birə  beyninizdən uzaq keçmişdə baş verən xoş ya xoşagəlməz bir hiss keçir osizi bir müddət buraxmır. Bəs bu hiss necə yaranır?

Avstriyanın Dikin Universitetinin klinik psixoloqu David Con Hollfordun sözlərinə görə, bu hisslər beyində qismən "üst-üstə düşən", eyni məlumat parçalarını öz aralarında paylaşan neyron şəbəkələri vasitəsilə yaranır. Keçmişi xatırlamağın iki yolu var. Birinci qəsdən məqsədli şəkildə keçmişi xatırlamaqdır. Ötən günlərdə etdiyimizi xatırlamaq üçün şüurlu şəkildə beynimizi qarışdırırıq. İkincidə isə heç gözləmədiyiniz zaman xatirələr kortəbii olaraq şüurda canlanırMütəxəssislər belə hesab edirlər ki, bu fenomen qismən olsa, xatirələrin bir-biri ilə əlaqəsi ilə bağlıdır.

Amma elə insanlar da var ki, demək olar keçmiş xatirələrlə yaşayırlar. Bu hala depressiya kimi bəzi psixi pozğunluqlardan əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Tez-tez mənfi emosiyalarla əlaqəli nəyisə xatırlayan belə insanlarda yaşadıqları hisslər, davranışlarına görə utanmaq, özündən narazılıq, tam uğursuzluq hissi o qədər güclüdür ki, təkzibedilməz faktlara çevrilir.

Bəs keçmiş səhvlərdən əziyyət çəkməyi dayandırmaq olarmı? Yaxşı xəbər budur ki, xatirələri dəyişmək mümkündür. Nəyisə xatırladığımız zaman yaddaşda üzə çıxanlar üzərində işləyə keçmişdə baş verənlərlə bağlı düşüncələrimizi, hisslərimizi qiymətləndirmələrimizi dəyişə bilərik.

 

Bu qəbilədən olan insanla görün nə edirmiş...

Yaşadığımız dövrdə bir çox cəmiyyətlər mədəni fərqliliklərə görə adət-ənənələri, inancları ilə müasir dünyadan qurtularaq qeyri-adi həyat tərzi keçirirlər. Bu cəmiyyətlərdən biri 70 minə yaxın insandan ibarət olan qeyri-adi həyat tərzini qəbul etmiş Əsmət qəbiləsidir. Dünyanın ən məşhur adamyeyən qəbiləsi olan Əsmətlər İndoneziyanın cənub-qərbində təxminən 25.000 kvadrat-kilometr ərazini əhatə edən alçaq bir bataqlıq bölgəsində yaşayırlar.

Keçmişdə hətta onların adlarının çəkilməsi belə qorxu yaradırdı. Əhalisi təxminən 70 min nəfər olduğu təxmin edilən bu tayfa haqqında olan ağlagəlməz faktlar insanı dəhşətə gətirir. Bu tayfada yaşayanlar insanı öldürüb yeyəndə onun gücünü alıb ona çevrildiklərinə inanırlar. Təkcə bu yox. Eyni zamanda ad qazanmaq üçün kimisə öldürməli, öldürdükləri adamın kəlləsini kəndlərinə gətirməlidirlər. Bu yolla onlara veriləcək adı layiq görürlər. Hökumət zaman-zaman bu qəbilə adamlarını adi tütünə alışdırdı hətta adamyeyənlikdən bu tip ovdan əl çəksələr, onlara pulsuz tütün verməyi belə təklif etmişdi. Hökumətin saysız-hesabsız səyləri missionerlərin bölgədə gördüyü işlər nəticəsində Əsmətlərin pis reputasiyası tarixin tozlu səhifələrində tədricən silinib getdi.

 

Dünyanın ən qəribə muzeyləri

Bir ölkəni tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək üçün ilk növbədə həmin ölkənin  muzeyləri ziyarət edilir. Muzeyləri tarixin varisi adlandırsaq yəqin ki, yanılmarıq. Onlar sanki sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır. Dünyada elə muzeylər var ki, öz qeyri-adilikləri ilə seçilirlər. Gəlin onlardan bir neçəsinə səyahət edək...

Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən "İşgəncə muzeyi" öz qeyri-adiliyi ilə seçilən muzeylər sırasındadır. Ölkənin ən sıx turist nöqtələrindən biri hesab olunan bu muzeydə 500 il öncə insanları cəzalandırmaq üçün istifadə edilən işgəncə alətləri nümayiş olunur.

Digər maraqlı bir muzey isə Türkiyənin turizm mərkəzlərindən olan Kapadokiyada fəaliyyət göstərən "Saç muzeyi"dir. Muzeyin yaradıcısı Qalib Körükçün adlı şəxsdir. Muzeyin hekayəsi həmin şəxsin 1979-cu ildə  bir fransız qadın turistin saçından bir az kəsərək divara asmasıyla başlayıb. Daha sonra ora gələn başqa qadın turistlər saçlarını kəsərək muzeyə bağışlayıb beləcə, zamanla muzey böyüyüb. 1998-ci ildə Ginnesin Rekordlar kitabına düşən bu muzeydə on minlərlə qadının saç nümunəsi bölgəni səyahətə gələn qonaqların marağını özünə çəkir. Parisdə  yerləşən "Kanalizasiya muzeyi" qəribə muzeylərdəndir. 1200- ildə kral Filipp Avqust tərəfindən qurulan Paris kanalizasiya sistemi bu gün yerin altında qorunaraq saxlanılır. Tunelin sadəcə 450 metrlik məsafəsini gəzmək mümkündür. Orijinallığı ilə seçilən digər bir muzey isə  1980-ci illərin sonlarında  ABŞ-ın arfa ifaçısı Deborah Henson Konant tərəfindən yaradılan "Yanmış yeməklər muzeyi"dir. Burada sərgilənən yanmış yeməklər ziyarətçilərin diqqətini cəlb edir.

Ən maraqlı muzeylərdən biri   Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yaradılan "Bitmiş münasibətlər muzeyi"dir. Bu muzeyi 2006- ildə münasibətlərinə son qoymaq qərarına gəlmiş Olinka Vistika Drazen Qrubisiç cütlüyü təsis edib. Onlar ayrılan zaman  münasibətləri boyunca bir-birinə hədiyyə etdikləri neçə-neçə suvenir hədiyyənin taleyindən narahat olduqları üçün bu muzeyi yaratmağa qərar veriblər. Cütlük düşünüb ki, verilən hədiyyələri saxlamağın bir mənası yoxdur, ancaq tullamağa da qıymadıqları üçün bu muzeyi yaradıblar.

 

“At muraddır” deyiblər...

Heyvanlar aləminin maraqlı xüsusiyyətləri ilə seçilən canlılarından biri itlərdən sonra ən sadiq dostlarımız olan atlardır. El arasında "at muraddır" deyimi elə bundan qaynaqlanır. Tarix boyu ən dəyərli hədiyyə hesab edilən bu canlılar sahiblərinə hər zaman sadiq olmaqla yanaşı, həmçinin ən çətin anlarda onların köməkçisi olmuşdur.

25-dən çox növü olan bu heyvanlar çox uzun dişlərə malik olsalar da ot, qum kimi tozlu qidalar yedikləri üçün zamanla onların dişləri yeyilir. Lakin buna baxmayaraq, onların dişlərinin kökü çənə sümüyünün çox dərinlərinə qədər uzandığı üçün dişləri aşındıqca sümüyün içindəki bölüm çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə qədər uzanır. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 santimetr aşına bilər. Elə bu aşınma miqdarına görə atların yaşını təxmin edə bilirik. Onların tüklərinin  çox əhəmiyyətli bir xüsusiyyəti var. Belə ki, atların tükü bədən temperaturunun nizamlanması üçün termostat, yəni istilikvermə vəzifəsini təmin edir. Bədənləri normalda 38 dərəcə istilikdə olan bu heyvanların tükləri  temperaturun qorunması üçün soyuq qış günlərində uzanır, isti mövsümlərdə isə tökülərək bədən istiliyinin sabit qalmasını təmin edir.

Bundan başqa, atların ən maraqlı xüsusiyyətlərindən biri onların ayaq üstə yata bilmələridir. Bəs necə olur ki, yatarkən yerə yıxılmırlar? Çünki onların ayaq sümüklərinin kilitlənə bilmə xüsusiyyəti var. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yata, həm çox ağır yükləri daşıya bilərlər. Halbuki insanlar oturduqları yerdə yatanda  başlarının yana düşməsi onlara maneə törədir. Atların ayaqları tək ağır yükləri daşıya bilmək üçün deyil, eyni zamanda da sürətli qaça bilmək üçün xüsusi yaradılmışdır. Atlarda, digər heyvanlarda olduğu kimi, körpücük sümüyü yoxdur. Bu da onların daha böyük addım ata bilmələrini təmin edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".