Maraqlı

"NASA"-dan lazer mesajı ilə bağlı mühüm açıqlama

NASA-da çalışan alimlər 225 milyon kilometr məsafədən Yerə lazer mesajının çatdırıldığını açıqlayıblar.

"Respublika" "NTV"-yə istinadla xəbər verir ki, Yerlə Günəş arasındakı məsafənin 1,5 qatı olan bu məsafədən gələn mesaj "NASA"-nın "Psyche" kosmik gəmisi tərəfindən göndərilib.

"NASA" bu uğurun Marsa gələcək missiyalara yol aça biləcəyini vurğulayıb.

Beləliklə, kosmik gəmilərin gələcəkdə optik rabitədən necə istifadə edə biləcəyinə dair fikir formalaşması da mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".