Türkiyə ilk milli süni intellekt üzərində çalışır
Maraqlı

Türkiyə ilk milli süni intellekt üzərində çalışır

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyənin bütün dilləri əhatə edən süni intellekt üzərində çalışdıqlarını açıqlayıb.

"Respublika" Türkiyənin KİV-lərinin məlumatına istinadla xəbər verir ki, bundan öncə Səlcuq Bayraktar bu ilin avqustunda mövzu ilə bağlı araşdırma aparıldığını açıqlamışdı.

Türk mərkəzli təbii dil emal layihəsi olan “Baykar AI”nin “ChatGPT”yə rəqib olacağı bildirilir. S.Bayraktar layihənin Türkiyənin dil baryerlərini aşmaq və qlobal miqyasda qarşılıqlı əlaqə yaratmaq məqsədi daşıdığını vurğulayıb.