Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar
Gündəm

Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

Sentyabrın 6-8-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Elektronika, Elektrotexnika, Yaşıl Energetika və İnnovativ Texnologiyalar - UzE-TechExpo 2023” beynəlxalq sərgisi keçiriləcək.

“Respublika” xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə,  Azərbaycan sahibkarları sərgidə iştirak etməyə dəvət olunurlar. “Congresses of Central Asia” və “ICA Eurasia Group”un birgə təşkilatçılığı ilə keçirilən və müxtəlif texnoloji avadanlıqlar və materiallar, məişət texnikası, ölçmə avadanlıqları, enerji təchizatı, simsiz texnologiyalar, o cümlədən aparıcı istehsalçıların son nailiyyətlərini nümayiş etdirən “UzE-TechExpo” sərgisində bu il Qazaxıstan, Çin, Rusiya və Özbəkistandan olan şirkətlərin iştirakı gözlənilir. Tədbirdə, həmçinin alternativ enerji sektorunda istifadə olunan texnologiyalara xüsusi diqqət ayrılacaq.