Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib
Siyasət

Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib.

Paşinyan qeyd edib ki, bizə deyirlər xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm demişəm ki, Ermənistan Aİ bunu mümkün hesab etdiyi qədər ittifaqa yaxın olmağa hazırdır. Ermənistan xalqının bu ideyanı dəstəklədiyini düşünməsəydim, belə bir açıqlama verməzdim. Əgər biz referendum keçiririksə, kampaniya təşkil etməliyik. Bu halda insanlar suallar verməyə başlayacaq: necə, nə zaman, Aİ bunu istəyir, ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaq. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də seçkilərin yekunu ilə bağlı suallar doğuran proseslər baş verir.

"Respublika".