ANAMA: Ötən ay ərzində 5675 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
CƏMİYYƏT

ANAMA: Ötən ay ərzində 5675 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyun ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan "Respublika"ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 278, tank əleyhinə 271 mina və 1695 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 5675,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.