DİN kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib
Gündəm

DİN kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib

“Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəyəm”, - desə göndərməyin!”

"Respublika" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciətində deyib.

“Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pul köçürmələrindən qazana bilərsiniz” - desə qoşulmayın! Hamısı yalandır!

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!”, - deyə xidmət rəisi bildirib.