Orta Dəhlizin ölkə iqtisadiyyatına təsiri artacaq
Siyasət

Orta Dəhlizin ölkə iqtisadiyyatına təsiri artacaq

Şərq-Qərb istiqamətində uzanan, Asiya qitəsini Avropaya bağlayan Orta Dəhlizin böyük iqtisadi, logistik və nəqliyyat əhəmiyyəti var. Bu nəqliyyat xətti Çinin Avropaya bağlantısını həyata keçirir və Orta Dəhliz üzərində olan ölkələrin də iqtisadiyyatına əhəmiyyətli təsir göstərir.

Bu nəqliyyatın əsas üstünlükləri Asiyadan Avropaya yüklərin qısa bir zaman kəsiyində çatdırılmasıdır. Sürətli olması, həmçinin digər tərəfdən yükötürmə qabiliyyətinin də genişləndirilməsi dəhlizi daha rəqabətqabiliyyətli edir. Bir neçə gün öncə yükün Çindən Avropaya Azərbaycandan keçməklə altı gün müddətinə çatdırılmasını müşahidə etdik və bu da sözsüz ki, böyük göstəricidir. Gələcəkdə bu dəhlizin daha da genişləndirilməsi onun da imkanlarını daha da artıracaq.

Digər tərəfdən, bu nəqliyyat xəttinə əlavə nəqliyyat qovşaqları da qoşula bilər. Çünki bilirsiniz ki, həmin nəqliyyat xətti digər ölkələrin də ərazisindən keçir və bu, Avropa, Çin məhsullarının yük mübadiləsinə geniş imkanlar yaradacaq. Sözsüz ki, bunun həm də ölkəmizin iqtisadiyyatına əhəmiyyətli təsiri olacaq.

Eyyub KƏRİMLİ,

iqtisadçı ekspert.