Keyfiyyətli xidmət hər bir vətəndaşın haqqıdır
CƏMİYYƏT

Keyfiyyətli xidmət hər bir vətəndaşın haqqıdır

Bildiyiniz kimi, 115 dərman vasitəsinin qiymətinin yuxarı həddinin təsdiq edilməsi və 62 dərman vasitəsinin etibarlı təchizatının təmin olunması məqsədilə müəyyən dəyişikliklər edilib. Vətəndaşlara keyfiyyətli xidmət göstərilməsinə hesablanmış bu tədbirlər həm yeni dünya düzəni ilə ayaqlaşmağa, həm soydaşlarımızın mövcud imkanlardan faydalanmasına zəmin yaradır. Bu dəyişikliklər vətəndaşların tibbi ləvazimata və keyfiyyətli xidmətə əlçatanlılığını asanlaşdıracaq.

Xüsusilə qeyd etmək lazımdır ki, yuxarı hə

dd səviyyəsinin təsdiq edilməsi daha əlverişli variant kimi görünür. Çünki əvvəllər dərman preparatlarının vahid qiyməti var idisə, indi müəyyənləşmiş yuxarı hədd səviyyəsinə qədər istənilən qiymətdə dərman preparatlarını əldə etmək mümkün olacaq. Bu yolla həm də süni qiymət artımlarının da qarşısı alınacaq. Bununla yanaşı, keyfiyyətli təminat realizə ediləcək.

Namidə İSAYEVA,

Akademik M.Ə.Miqrasımov adına Respublika Klinik

Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə rəhbəri.