Qərbin Azərbaycanda xaos yaratmaq istəyi
Siyasət

Qərbin Azərbaycanda xaos yaratmaq istəyi

Xaricdəki imperialist şəbəkələri hər zaman xarici güc mərkəzlərinin ideoloji əsaslarını başqa ölkələrdə yaymaq üçün o ölkələrdə agentlər yetişdiriblər. Bunun üçün isə müxtəlif vasitələrdən istifadə ediblər. Bu günə qədər demokratiya, insan haqları, media və sair kimi anlayışlar amerikan imperializminin əsas silahlarından biri olubdur.

Təəssüflər olsun ki, amerika imperializminin erməni lobbisi tərəfindən maliyyələşdirilən  təmsilçiləri onların oyuncağına çevriliblər. Və bu, tarix boyu müxtəlif coğrafiyalara çox böyük faciələr yaşadıb. Digər bir tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycandakı "Abzas Media" adlı qurumun özü kütləvi informasiya vasitəsi deyil. Çünki Azərbaycanda media haqqında yeni qanun layihəsi qəbul edilibdir. "Abzas Media" həm media haqqında qanun, həm də eyni zamanda jurnalistika ilə bağlı beynəlxalq standartların heç birinə cavab verməyən bir qurumdur.

Ümumiyyətlə, media qurumu statusu almaq, media qurumu kimi fəaliyyət göstərmək üçün müəyyən struktur və kriteriyalar olmalıdır. Bu təşkilatın isə sadəcə olaraq bir youtube və teleqram kanalı olub. Sosial media üzərindən səhifə işlətmək nə vaxtdan jurnalistika hesab edilib. Ümumiyyətlə "Abzas Media" adlı xəbər portalının həmin konkret cinayət işləri üzrə istintaqa cəlb edilmiş nümayəndələrinin jurnalistika fəaliyyəti ciddi sual altındadır. Digər bir tərəfdən isə bütövlükdə ölkə, dövlətçilik əleyhinə fəaliyyət göstərmək və onu koordinasiya etmək üçün müxtəlif xarici donor təşkilatlarını qapı-qapı gəzmək əsla qəbul edilən bir məsələ deyil.

Qərb təşkilatlarının Azərbaycanda və dünyanın digər coğrafiyalarında aranı qarışdırmaq, cəmiyyətdə xaotiklik yaratmaq üçün planlaşdırdığı təhlükəli tendensiyalara qarşı dövlətçilik institutları vaxtında adekvat reaksiya verə bilir ki, Azərbaycan bu sahədə ən yaxşı örnəklərdən biridir.

Tural İSMAYILOV,

politoloq.