Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar
Siyasət

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar

Aprelin 7- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar.

AZƏRTAC xəbər verir ki, Qəbələ Qida Şəhərciyinin baş direktoru Fuad Babayev Azərbaycan Prezidentinə Gürcüstanın Baş nazirinə məlumat verdi.

Qeyd olundu ki, 16 hektar ərazidə yerləşən Qəbələ Qida Şəhərciyinin nəzdindəki konserv zavodu qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib. Zavod meyvə şirəsi, limonad, qazlı qazsız içkilər, soyuq çay konsentrat istehsalı sahələrindən ibarətdir. Buradakı 13 istehsal xəttində 6 növ qablaşdırmada 130 adda məhsul istehsal edilir. Müəssisə ildə 360 min ton hazır məhsul istehsalı gücünə malikdir.

Saatda 10 min litr dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə tərkibli içkilər soyuq çay, şirə nektar istehsalı xətti isə saatda 20 min litr meyvə şirəsi konsentrat istehsal etmə imkanına malikdir. Digər xətdə isə saatda 35 min litr hazır limonad digər qazlı sərinləşdirici içkilər, qazlı qazsız su istehsal olunur.

Müəssisədə qablaşdırma mərhələsindən əvvəl müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır təsdiqləndikdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Qəbələ konserv zavodunda istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.

Məlumat verildi ki, kartof emalı müəssisəsində iki istehsal xətti fəaliyyət göstərir. Burada yarımfabrikat dondurulmuş kartof kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin hazır məhsul buraxılışı gücü saatda 2 ton təşkil edir. Çips istehsalı xəttinin gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Qəbələ rayonunda şirkətə məxsus olan 200 hektar ərazidə ildə 10 min tondan çox kartof yetişdirilir ki, bu da istehsal müəssisəsinin illik xammal tələbatını tam ödəyir. Kartof emalı müəssisəsinin istehsal etdiyi məhsullar ölkəmizdə təqdim olunmaqla yanaşı, bir sıra xarici ölkələrə ixrac edilir. Sahələrdən yığılan kartof 6 min kvadratmetrlik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. İstehsala göndərilməzdən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.

AZƏRTAC