Müharibə əlilləri ilə görüş keçirilib
Gündəm

Müharibə əlilləri ilə görüş keçirilib

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Şəki Reabilitasiya Mərkəzinin həkim heyəti və müharibə əlillərinin görüşü keçirilib. 

"Respublika" xəbər verir ki, tədbiri giriş sözü ilə açan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev bildirib ki, Azərbaycanda dövlət tərəfindən əlilliyi müəyyən olunmuş şəxslərin, o cümlədən qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Vurğulayıb ki, əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb. Bu gün əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. Prezidentin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir. Bu gün keçirilən tədbir də bütün bu görülən işlərin davamıdır.

Tədbirdə Şəki Reabilitasiya Mərkəzinin rəhbəri Tərlan Qurbanov reabilitasiya xidmətləri barədə geniş məlumat verərək iştirakçıların suallarını cavablandırmışdır.

M.QULUYEV,

“Respublika”.