Ağdamdan Xankəndiyə yanacaq göndərilib
Gündəm

Ağdamdan Xankəndiyə yanacaq göndərilib

Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.

"Respublika" "AZƏRTAC"-a istinadən xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.

Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.