Dostluq və qardaşlığın zirvə görüşü
Siyasət

Dostluq və qardaşlığın zirvə görüşü

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi çox vacib və müstəsna əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində mövqelərini kifayət qədər gücləndirib. Azərbaycan türk dünyasında vahid formada koordinasiyaedici əsas qüvvədir və beynəlxalq güclər də bunu görürlər.

Türk Dövlətləri Təşkilatı həm struktur, həm də təsiretmə gücü baxımından kifayət qədər önəmli təşkilatlardan biridir. Bundan öncə də türk dövlətlərinin rəhbərləri dəfələrlə Şuşaya səfər ediblər. Bu görüş Azərbaycanın beynəlxalq münasibətlər fonunda güclənən mövqelərini bir daha ifadə edir. Azərbaycan həm geostrateji mövqeləri, həm coğrafi imkanlarına görə türk dünyasının ən vacib ölkəsindən biridir. Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın böyük güc mərkəzləri artıq Azərbaycanın bu mövqeyini qəbul edirlər. Bu Zirvə toplantısı dostluq və qardaşlıq prizmasından dəyərləndirilməlidir.

Tural İSMAYILOV,

politoloq.