Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur
CƏMİYYƏT

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı müzakirə olunur

Mayın 17-də Milli Məclisin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.

"Respublika"xəbər verir ki, iclasın gündəliyinə bir məsələ - İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatının müzakirəsi daxil edilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov və ölkəmizdə fəaliyyət göstərən bəzi QHT rəhbərləri iştirak edirlər.