Boliviyada hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib
Dünya xəbərləri

Boliviyada hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib

Boliviyada dövlət çevrilişinə cəhd edən general Xuan Xose Suniqa saxlanılıb.

"Respublika" "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, bu barədə Boliviya Televiziyası məlumat verib.

Məlumata görə, ölkə prokurorluğu generalı terrorizmdə ittiham edir.

Boliviya daxili işlər naziri Karlos del Kastilyon isə qeyd edib ki, dövlət çevrilişinə cəhddə ən azı 9 nəfər yaralanıb.

Tacir SADIQOV,

"Respublika".