Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Maqnisiyada sel sularından yaşlı bir adamın cəsədi çıxarılıb. Belə ki, ötən gün həyatını itirən 70 yaşlı insanla birlikdə ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.
"Respublika" "TRT Haber"-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq, selin üstünlük təşkil etdiyi bölgədə itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər hələ də tapılmayıb.
Dünən başlayan və bu gün də davam edən leysan yağışından sonra baş verən sel və daşqınlar bir çox xəstəxanalarda sıxlığa səbəb olub.
Nurcan SÜLEYMANOVA
"Respublika"