ABŞ-da kimyəvi zavodda partlayış olub
Dünya xəbərləri

ABŞ-da kimyəvi zavodda partlayış olub

ABŞ-ın Plaquemin şəhərində (Luiziana ştatı) “Dow Chemical” kimya zavodunda partlayış baş verib.

"Respublika" xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda partlayışdan sonra güclü yanğının başladığı və qalın tüstü görünür.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər göndərilib.