Beynəlxalq Kiberdiplomatiya Konfransının rəsmi saytı istifadəyə verilib
İqtisadiyyat

Beynəlxalq Kiberdiplomatiya Konfransının rəsmi saytı istifadəyə verilib

Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) rəsmi internet səhifəsi (https://cyberdiplomacy.gov.az/ istifadəyə verilib.

Bu barədə "Respublika"ya Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Konfrans Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

Saytda konfrans haqqında ümumi məlumat, təşkilatçılar, məruzəçilər və konfransın gündəliyi kimi bölmələr yer alıb. Eləcə də, saytda tədbirdə iştirak etmək üçün qeydiyyat bölməsi yaradılıb.