“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib
İdman

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

“Kəpəz” ötən mövsüm icarə əsasında komandada çıxış edən Elmir Tağıyevi birdəfəlik transfer edib.

"Respublika" klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” “Səbail”ə məxsus olan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Gəncə təmsilçisi daha əvvəl belaruslu Yeqor Xvalko ilə müqaviləni uzadıb.