KOBİA-da maarifləndirmə tədbiri
İqtisadiyyat

KOBİA-da maarifləndirmə tədbiri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirilib. Bu barədə mətbuat xidmətinin məlumatında bildirilir ki, ümumilikdə 30 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşları tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

“Respublika”.