Azərbaycanın iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib
İdman

Azərbaycanın iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib. "Respublika" xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kiloqram) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək.

Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kiloqramda mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.