ARAF-ın prezidenti: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
İdman

ARAF-ın prezidenti: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”

“Əsas məqsədimiz “Çövkən”i inkişaf etdirmək, təbliğ etmək və bu oyunun həvəskarlarını sevindirməkdir”.

“Respublika” xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, general-polkovnik Elçin Quliyev Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimində deyib. 

ARAF-ın prezidenti yarış iştirakçılarına yüksək qələbə əzmi, atçılıq məharəti və  idman alicənablığı arzulayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".