Musa Qurbanlı İsveç çempionatının rəmzi komandasına düşüb
İdman

Musa Qurbanlı İsveç çempionatının rəmzi komandasına düşüb

Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

"Respublika" xarici KİV-lərə istinadən xəbər verir ki, “Degerfors”la görüşdə iki qol, bir məhsuldar ötürmə ilə yadda qalan 21 yaşlı forvard ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib.

Qeyd edək ki, “Yurqorden” “Degerfors”u 4:1 hesabı ilə məğlub edib