Avropa Kuboku: “Sabah” basketbol klubu həlledici oyuna çıxacaq
İdman

Avropa Kuboku: “Sabah” basketbol klubu həlledici oyuna çıxacaq

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Respublika" xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı üçüncü sınağında Rumıniyanın “Rapid” komandası ilə qarşılaşacaq.

Skopyedəki “Kale Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Sabah” qrupdakı ilk oyununda Niderlandın “Donar” klubunu 75:72, ikinci matçında isə Şimali Makedoniyanın “Rapid” komandasını 83:81 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup qalibləri və ən yaxşı göstəriciyə malik iki qrup ikincisi növbəti mərhələyə yüksələcək.