Arda Gülərin yaşıl meydanlara dönüşü gecikib
İdman

Arda Gülərin yaşıl meydanlara dönüşü gecikib

İspaniya nəhəngi "Real Madrid"də çıxış edən Arda Gülərin "Sevilya" matçı üçün heyətdə yer alacağı gözlənilsə də, məşqçi Karlo Ançelotti gənc futbolçunun fiziki vəziyyətini nəzərə alaraq, Türkiyə millisinin ulduzunu noyabra kimi oynatmamağa qərar verib.

"Respublika" "En Son Haber"ə istinadən xəbər verir ki, Arda Gülərin həm Fənərbaxçada, həm də Real Madriddə ardıcıl zədələnməsinin əsas səbəbi kimi fiziki cəhətdən qeyri-kafi olması göstərilib.

Klubun fitnes məşqçisi Antonio Pintusun Arda Gülərin fiziki inkişafına xüsusi önəm verildiyini və Arda Gülərin noyabrda meydanda olacağı bildirilib.

Nurcan SÜLEYMANOVA

"Respublika"