Ümumi Daxili Məhsul istehsalı artıb
İqtisadiyyat

Ümumi Daxili Məhsul istehsalı artıb

2024-cü ilin yanvar-may aylarında ölkədə 48026,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur.

DSK-nin məlumatına görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 7,3 faiz artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalmışdır.

ÜDM istehsalının 39,7 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4713,3 manata bərabər olmuşdur.

"Respublika".