Elm

"Qeyri-mümkün peyk" yerə düşməyə hazırdır

Britaniya istehsalı kosmik gəminin planetin külək xəritəsini çəkmək üçün transformasiya missiyasını tamamladıqdan sonra Yerə düşəcəyi gözlənilir.

"Respublika" "BBC"yə istinadən xəbər verir ki, Aeolus peyki dünyanın istənilən yerində və hündürlükdə, havanın hərəkətini izləmək üçün atmosferə lazer işıqları göndərir. 

On ildən artıqdır ki, mühəndislər kosmos vakumunda kifayət qədər uzun müddət işləyə bilən ultrabənövşəyi alət hazırlamaq üçün mübarizə aparıblar. Bu gecikmə Aeolusun "qeyri-mümkün peyk" adlandırılmasına səbəb olub.

Töhfə SƏMƏDOVA,
“Respublika”.