Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib
Elm

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib.

"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.
Olimpiadada  4 kateqoriya üzrə -  “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” həyata keçirilib. Gərgin rəqabət mühitində gedən yarışda qaliblər aşağıdakı qaydada müəyyən olunub:
Kateqoriya üzrə qaliblər:

Kateqoriya - "Robomission Elementary"

l Yer – "HAF" komandası (Hüseyn Şirinzadə, Alixan Mamedov, Fuad Rəsulzadə);
ll Yer – "Brightesk" komandası (Cahit Quluzadə, İsmayıl İsmayılov, Rza Ağayev);
lll Yer - "MOZ 16" komandası (Kərəmətzadə Musa, Məmmədli Zeyd, Mammedli Osman).
Kateqoriya - "Robomission Junior"

l Yer - "Falcons" komandası (Əli Şərifzadə, Sevindik Ələsov, Rəsul Qafarzadə);
ll Yer - "Techblock" komandası  (Fərid Mirzoyev, Rəvan Muradzadə, Yusuf Kərimli);
lll Yer - "Kəndli mühəndislər" komandası (Zəhra Salehova, Renat Əliyev, Kənan Novruzov).
Kateqoriya - Robomission Senior 

l Yer - "Dynamite" komandası (Həmzə İsmayılzadə, Polad Rüstəmzadə, Rəsul Həsənzadə);
ll Yer - "First Lego Scientists" (FLS) komandası (Amin Nəcəfli, Rəvan Məhərrəmli, Anar Əliyev);
lll Yer - "Gigabyte" komandası (Kamal Həsənli, Asif Hüseynov, Balahüseyn Axundov).
Kateqoriya - "#Future İnnovators Elementary"

l Yer - "LAVANDA" komandası (Əhməd Osmanlı, Nailə Aslanova, Sinan Nurməmmədli);
ll Yer - "Electric Elevation" komandası (Məhəmməd Şəfizadə, Yusif Rüstəmzadə, Ömər Alı);
lll Yer - "AquaTech" komandası (Nail Ağaxanov, Uğur Hüseynov, Azər Aslanov).
Kateqoriya - "#Future İnnovators Junior"

l Yer - Mechatronic Engineers komandası (Əlibali Əlibəyov,Nihat Muradlı,Hacı Hacıyev);
ll Yer - "Maker Tronika 81" komandası (Melisa Aydan Adsız, Zeynalov Ramazan);
lll Yer - "Robo Revolution" komandası (Hüseynli Əli,Tahirzadə Azərin,Musa Süleymanov).
Kateqoriya - #Future İnnovators Senior

l Yer - "Aqua Protectors" komandası (Eyyub Şenal, İlqar Şıxverdiyev);
ll Yer - "ALLIANCE" komandası (Jalə Sevdimli, Seyidşah Muradov, İbrahim İbrahimli);
lll Yer - "Platon Tech" komandası (Rüfət Şixiyev, Fərid Şixiyev, Qabil Hüseynli).
Kateqoriya - Robosports

l Yer - "Desura" komandası (Abbas Zeynalov,Hüseyn Tahirov,Oğuz Nəcəfli);
ll Yer - "HAUMEA" komandası (Hümbətov Rəsul,Musayev Ayxan,Qurbanov Emin);
lll Yer - "HAUMEA 3.0" komandası (Əbdülkərimov Adil,Rzayev İlkin,Niyazlı Rufan).
Kateqoriya - Future Engineers

l Yer - "Only ones" komandası (Əlehsan Əliyev, İsmayıl Mirzəağayev, Emin Orucov);
ll Yer - "Circuit Crusaders" komandası (Mirrəhim Mirvəlişli, Səid Hüseynli, Firuzə Əliyeva);
lll Yer - "DriftMaster" komandası (İlham Vəliyev, Şahbaba Həsənov, İlkin Səfərli).