Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Hicran Vaqif oğlu İbrahimov 80 saylı Lerik–Astara, Elmir Məhərrəm oğlu Həmidov 117 saylı Oğuz–Qəbələ–Şəki, Mədinə Fəxrəddin qızı Abbasova 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Aqşin Mirbala oğlu Salamov 117 saylı Oğuz–Qəbələ–Şəki, Ağalar Xasay oğlu Əliyev 122 saylı Xankəndi, Mədinə Fəxrəddin qızı Abbasova 124 saylı Şuşa–Ağdam–Xocalı–Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov