Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” 1994-cü il 3 mart tarixli 93 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 524; 2012, № 2, maddə 187; 2016, № 2 (II kitab), maddə 372, № 6, maddə 1213; 2018, № 3, maddə 611, № 4, maddə 792, № 5, maddə 1116, № 10, maddə 2143; 2019, № 8, maddə 1479, № 12, maddə 2050; 2020, № 12 (V kitab), maddə 1586; 2022, № 4, maddələr 379, 390, № 10, maddələr 1213, 1223; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 91 nömrəli və 2017-ci il 19 sentyabr tarixli 377 nömrəli qərarları) 2-ci hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 524; 2004, № 4, maddə 296; 2018, № 10, maddə 2146; 2020, № 2, maddə 207, № 12 (V kitab), maddə 1586) 1-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 25 aprel 2023-cü il

№ 132