Zəfər gününə həsr olunur
Ekologiya

Zəfər gününə həsr olunur

Şirvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq şəhərin Heydər Əliyev və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parklarındakı "Zəfər abidəsi" ətrafında ağacəkmə aksiyası keçirildi. Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər icra hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, xidmət təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Aksiya zamanı ümumilikdə 500-dən artıq həmişəyaşıl və müxtəlif növ ağaclar əkildi, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərildi.

Tofiq HÜSEYN,

“Respublika”.