Saat 15:00-dək respublika üzrə seçici fəallığının faizi açıqlanıb
Gündəm

Saat 15:00-dək respublika üzrə seçici fəallığının faizi açıqlanıb

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.

"Respublika" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 60.54 faizinin (3922187 nəfər) səs verdiyini bildirib.

Töhfə SƏMƏDOVA, 

Röya RÜSTƏMLİ.