Yaponiyada ət yeyən bakteriyaların törətdikləri fəsadlar çoxalıb
Dünya xəbərləri

Yaponiyada ət yeyən bakteriyaların törətdikləri fəsadlar çoxalıb

Yaponiyada “potensial ölümcül” hesab edilən və “ət yeyən” bakteriyaların yaratdığı streptokok toksik şok sindromu (STSS) hallarının sayı indiyədək ən yüksək həddə çatıb.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər İnstitutu (NIID), bu ilin iyun ayında ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığını bildirib.

Bildirilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb və bununla da qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər bu halların sayı “rekord səviyyəyə” çatıb.

Qeyd edək ki, xəstəlik "streptococcus pyogenes" bakteriyası tərəfindən törədilir və tez-tez boğaz ağrısı ilə müşayiət olunur.