Azərbaycanda bu il dəniz ilə daşınan yüklərin 50 faizi neftin payına düşüb
İqtisadiyyat

Azərbaycanda bu il dəniz ilə daşınan yüklərin 50 faizi neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3 337,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb.

Bu barədə “Respublika” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə daşınan yüklərin faizini neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 5 576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 468 min tonunu və ya 80, faizini tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1 min ton olub.

Məlumata əsasən, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.