Elm adamları kvant fizikasından istifadə edərək dünyanın ən nazik obyektivini yaradıblar
Dünya xəbərləri

Elm adamları kvant fizikasından istifadə edərək dünyanın ən nazik obyektivini yaradıblar

Elm adamları kvant fizikasından istifadə edərək dünyanın ən nazik obyektivini yaradıblar. 
"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki,  cəmi üç atom qalınlığında olan obyektiv indiyə qədər hazırlanmış ən incə lensdir.

Qeyd edək ki, bu inkişaf fiber optik rabitə və əlavə reallıq eynəkləri kimi cihazlarda böyük potensial yarada bilər. Hollandiyanın Amsterdam Universiteti və ABŞ-ın Stenford Universitetindən obyektiv ixtira edən tədqiqatçılar deyirlər ki, onların ixtirası belə linzalar və miniatür elektron sistemlər üzrə tədqiqatları inkişaf etdirəcək.