Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib
CƏMİYYƏT

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildiriblər ki, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həkimlərin əziz xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzülüb.