“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb
İdman

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

Futbol üzrə Avropa çempionatının F qrupunda Türkiyə millisinin Gürcüstan yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

"Respublika" xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Fakundo Telyo olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Ezekiyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumşas yerinə yetirəcək.

Oyunun VAR hakimi ispaniyalı Alexandro Ernandes, onun köməkçiləri həmyerlisi Xuan Martines Manuera və ingiltərəli David Kute olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.