Los-Ancelesdəki meşə yanğınından 1200 nəfər təxliyə edilib
Dünya xəbərləri

Los-Ancelesdəki meşə yanğınından 1200 nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfər təxliyə edilib.


"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, Kaliforniya Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamaya görə, Los-Anceles şəhəri yaxınlığında baş verən meşə yanğını 12 min hektardan çox əraziyə yayılıb.

Açıqlamada yanğından zərər çəkmiş yaşayış massivlərində 1200 nəfərin təxliyyə edildiyi bildirilib, yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.