Qaradərili insanlar süni intellektin daha az qərəzli olması üçün
Dünya xəbərləri

Qaradərili insanlar süni intellektin daha az qərəzli olması üçün "ChatBlackGPT" ni qurublar

Süni intellekt dünyasında texnologiyanın daha əhatəli olması və fərqli mədəniyyətləri təmsil etməsi üçün mühüm addımlar atılır.

"Respublika" "TRT Haber"ə istinadla xəbər verir ki, bu səylərin başında duran qaradərili sahibkarlar, Latimer.AI və ChatBlackGPT kimi layihələrlə qaradərili icmalara xüsusi süni intellekt cavabları verməyi hədəfləyirlər.

2008-ci ildən süni intellektlə məşğul olan Con Pasmore əvvəlcə ChatGPT-ni həyəcanla qarşılayıb. Lakin zaman keçdikcə o, ChatGPT-nin mədəni nüanslarla bağlı çətinlik çəkdiyini anladı və bu, onun kimi istifadəçiləri bezdirdi. Bir çox qaradərili insanlar bu alqoritmlərin çox vaxt avrosentrik və qərbyönlü olduğunu düşünür və öz mədəni təcrübələrinin kifayət qədər təmsil olunmadığına inanırlar. Bu vəziyyətin həllini tapmaq üçün hərəkətə keçən bir çox qaradərili sahibkar son bir il ərzində öz chatbotlarını və ChatGPT versiyalarını istifadəyə verdilər.