“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb
İdman

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarındakı qrup matçlarının təqvimi müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından "Respublika"ya verilən məlumata görə, yığma Olimpiadada ilk görüşünü iyulun 30-da İspaniya seçməsinə qarşı keçirəcək.

Qızlarımızın qrup oyunlarının tarixləri və saatlarını Bakı vaxtı ilə sizlərə təqdim edirik:

30 iyul

23:00. İspaniya - Azərbaycan

31 iyul

23:30. ABŞ - Azərbaycan

1 avqust

14:30. Azərbaycan - Fransa

20:30.Almaniya - Azərbaycan

2 avqust

11:30. Avstraliya - Azərbaycan

19:30. Çin - Azərbaycan

3 avqust

19:30. Kanada - Azərbaycan

Reqlamentə əsasən 8 komandanın yer aldığı qrupda ilk iki sıranı tutmuş komandalar yarımfinala adlayacaq. Üçüncü, dördüncü, beşinci və altıncı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Paris Olimpiadasında 3×3 basketbol yarışları iyulun 30-dan avqustun 5-dək keçiriləcək.