“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir
İdman

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"Respublika" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Ağdam klubu püşkə səpələnmişlər səbətindən qatılacaq.

Azərbaycan çempionu II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Flora” (Estoniya) – “Tselye” (Sloveniya) cütünün qalibi

“Virtus” 1964 (SMR) – “Styaua” (Rumıniya) cütünün qalibi

“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Yagelloniya” (Polşa)

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də keçiriləcək.