Pensiyalar ötən ilə nəzərən artıb
Gündəm

Pensiyalar ötən ilə nəzərən artıb

Bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə pensiyanın orta aylıq məbləği 18,2% artıb.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. 

Bildirilib ki, 2023-cü ilin iyul ayına pensiyanın orta aylıq məbləği 435 manat təşkil edib. Ötən ilin iyul ayında isə bu rəqəm 368 manat olub.