Meksikada istilərdən 90 nəfər ölüb
Dünya xəbərləri

Meksikada istilərdən 90 nəfər ölüb

Martın 17-dən bu günədək Meksikada azı 90 nəfər rekord istilərdən ölüb.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatında deyilir.

"Cari isti mövsümdə (17 mart - 5 oktyabr) (yüksək hərarətlə əlaqəli) 90 ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.

Ən çox insan körfəz sahilindəki Verakruz (25 nəfər) və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.

Səhiyyə Nazirliyi yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır.