Əminə Ərdoğan COP29-un prezidenti Muxtar Babayevlə görüşüb
COP29

Əminə Ərdoğan COP29-un prezidenti Muxtar Babayevlə görüşüb

Birinci xanım Ərdoğan BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) prezidenti və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

"Respublika" "CNN Türk"-ə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Babayevlə görüşüb. Ərdoğan Babayevi COP29 sədrliyi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, Türkiyənin Azərbaycanı bütün imkanları və təcrübəsi ilə dəstəkləyəcəyini vurğulayıb.

BMT-nin “Sıfır tullantı” üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının ikinci iclasında ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və COP29 Rəyasət Heyətinin Baş Müzakirəçisi, Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev də iştirak ediblər. Babayev təyinat tələbini qəbul etdiyi üçün birinci xanım Ərdoğana təşəkkür edib.

Türkiyə ilə əlaqələr çərçivəsində Kənd Təsərrüfatı və Meşəçilik, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri, Energetika və Təbii Sərvətlər nazirlikləri ilə də görüşlər keçirəcəklərini bildirən Babayev yaxın əməkdaşlıqdan məmnunluq ifadə edib. Türk dövlətləri ilə ekoloji koordinasiyanı təmin etmək istədiklərini vurğulayan Babayev BMT çərçivəsində və qlobal səviyyədə həyata keçirdiyi işlərdə birinci xanım Ərdoğanın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib.

Arzu BAXŞIYEVA,

"Respublika".