İqtisadiyyat

"Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı iclas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı Qrupunun "Business Ready" reytinq hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı iclas keçirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri də iştirak edib.

Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupu çərçivəsində görülən işləri qeyd edib. O, əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımları diqqətə çatdırıb.

"Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı aparılan işlər, əldə olunan nəticələr müzakirə olunub. Əmək qanunvericiliyi sahəsində islahatların davam etdirilməsi işlərində sosial tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

"Respublika".