Polşa Ukrayna millisinin antirekordunu təkrarlayıb
İdman

Polşa Ukrayna millisinin antirekordunu təkrarlayıb

Polşa millisi Avropa çempionatları tarixində qrup mərhələsinin ikinci turundan sonra mübarizədən kənarlaşdırılan üçüncü komanda olub.

"Respublika" xəbər verir ki, belə bir antirekorda imza atan ilk komanda Ukrayna olub.

Ötən gün Polşa AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Avstriyaya uduzaraq (1:3) qitə turnirinin 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün hətta riyazi şansını əldən verib.

Qeyd edək ki, Ukraynanın antirekordu Fransa meydanlarında baş tutan AVRO-2016-da qeydə alınıb. Şimali Makedoniya isə AVRO-2020-dəki performansı ilə bu "nailiyyəti" təkrarlayıb.