Böyük ədibin xeyriyyəçi xanımı
Sosial həyat

Böyük ədibin xeyriyyəçi xanımı

Kimisi ömrünü yalnız öz mənafeyini düşünərək, kimisi isə xalqa xidmət edərək başa vurur. Fəqət unutmamaq lazımdır ki, həyatdan köçdükdən sonra xeyirxah əməllərimiz daim xatırlanır. Xeyriyyəçilikdən söz düşmüşkən xalqımız elə oğullar, qızlar yetişdirib ki, onların gördükləri işlər nəinki regionda, hətta dünyada belə böyük rəğbətlə qarşılanır. Hələ ötən əsrdə xeyriyyə işlərinin həyata keçirilməsi ilə bağlı ölkəmizdə onlarca cəmiyyət yaranmışdır.

Bu cəmiyyətlər Bakıda maarif-mədəniyyət ocaqlarının təşəkkülünə külli miqdarda maliyyə dəstəyi vermişlər. Məlumdur ki, o dövrdə qadınların ictimaiyyətdə əhəmiyyətli yer tutmasını bir çoxları qəbullana bilmir, hakim qüvvələr qadınların maariflənməsindən qorxurdu. Bütün bunlara baxmayaraq, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova "Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti"nin yaradılmasına müvəffəq olmuşdur. H.Məlikova 5 may 1856- ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuş, Tiflisdə "Müqəddəs Nina" qızlar gimnaziyasında təhsil almışdır.

Həsən bəy Zərdabinin gec ailə qurduğu bir çoxumuza məlumdur. Buna əsas səbəb isə onun təhsilli müasir fikirli bir xanımla ailə qurmaq istəyi idi. Həsən bəy Zərdabi Qubada, Zərdabda, Bakıda çalışarkən belə qadına rast gəlmir. O, Tiflisdə olarkən qəzetlərin birində qızlar gimnaziyasının məzun buraxılışı haqqında dərc olunmuş yazı onda böyük maraq oyadır. Daha dəqiq desək, məzunlardan biri - Hənifə Məlikova onun diqqətini çəkir. Zərdabi yəqin edir ki, qız türk-müsəlmandır. Birbaşa gimnaziyaya yollanan H.Zərdabi məktəbin direktoru ilə görüşür gəlişinin səbəbini izah edir. Direktor Hənifəni yanına çağıraraq onu Həsən bəy Zərdabi ilə tanış edir onlar həmsöhbət olurlar. Bir müddət sonra Zərdabi Hənifə xanımla kəbin kəsdirir. Beləliklə, Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan bir ailənin təməli qoyulur. Daha sonra Həsən bəy Hənifə xanımla birlikdə Bakıya qayıdır. Hənifə xanım Zərdabidən heç geri qalmır, elə ilk gündən bütün ictimai işlərdə fəal iştirak edir. Hənifə xanımın ən böyük xidməti isə Azərbaycan qadınlarının taleyində mühüm rol oynamasıdır. Hənifə Məlikova "Nicat" Cəmiyyətinin, "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından birinə çevrilir. Bakıda ilk müsəlman qızlar məktəbinin yaradılmasının təşəbbüsünü məhz Hənifə xanım Məlikova irəli sürür. O dövrün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə məktəbin açılışı baş tutur. Hənifə xanım 1901-1905-ci illərdə həmin məktəbin müdiri vəzifəsində çalışır. Daha sonra - 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbinin müdiri vəzifəsini icra edirdi. Onun maarifçilik fəaliyyəti qısa bir zamanda bütün Cənubi Qafqaza yayılır. O vaxt insanlar yeniliyə açıq deyildilər. Bu baxımdan, Hənifə xanımın həyatında işlərinə maneə törədən bir sıra məqamlar olmuşdur. O, bu haqda xatirələrində qeyd etmişdir: "Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən qadınların hüquqları istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olub gələcəkdə belə olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam". Hənifə Məlikova sadəcə Həsən bəyin ömür-gün yoldaşı deyil, eyni zamanda onu dərindən başa düşən, hər an yanında olan ən yaxın dostu idi. O, 1925-ci ildə Zərdabi haqqında qələmə aldığı xatirələrində yazırdı: "Oxucu səriştəsiz hazırlanmış bu bioqrafiya ilə tanış olarkən, onun mahiyyətini anlayaraq razılaşar ki, bu vaxtadək Azərbaycan türkləri arasında belə bir xadim olmamışdır. Öz xalqını belə fədakarlıqla sevən başqası vaxtsa olacaqmı - kim bilir?".

Həsən bəy çox imkansız olduğu vaxtlarda belə son tikəsini kimsəsiz uşaqlara verib. Hətta onlar 1880-ci ildə öz evlərində Xalq məktəbi açırlar. Həmin dövrdə cəmiyyətin maariflənməsindən qorxuya düşən qüvvələr Hənifə xanım Zərdabiyə təzyiq göstərsələr , onlar heç bir təmənna ummadan insanlara elm, savad öyrətmişlər. 1920-1926- illərdə Hənifə Məlikova Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışır. Lakin dövrün acı reallıqları bu maarifpərvər qadına çox pis təsir edirO, 1929-cu ildə, ömrünün 73- payızında Bakıda vəfat edir. Hənifə xanımın Həsən bəy Zərdabinin iki oğlu, iki qızı olub. Onların böyük qızı Pəri Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olmuşdur. Əlimərdan bəy Topşubaşov Pəri xanım Topçubaşova Fransada mühacirətdə dünyalarını dəyişmiş, elə orada da dəfn edilmişlər. Digər qızı Qəribsoltanın qəbri isə sonralar aşkara çıxmışdır. Zərdabi Hənifə xanımın böyük oğlu Midhəd Məlikov Almaniyada ali mühəndislik təhsili almış, mənfur ermənilərin üzədurması ilə 1937-ci ildə güllələnmişdir. Ölümündən sonra - 1990- ildə isə bəraət almışdır. Bir sıra mənbələrdə Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq istəyində olması qeyd edilib. Lakin Midhəd bəyin elə oradan qolları qandallı halda Bakıya gətirilərək güllələndiyi bildirilir. İkinci oğlu Səfvət Məlikzadə isə əvvəl itkin düşmüş, sonradan Ankarada yaşadığı bəlli olmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".